Rusiya Ermənistan iqtisadiyyatına 1 milyard dollar sərmayə qoyur


17:57     19 Oktyabr 2021 2021/10/B90FDE27-6081-4EE2-9840-3D8ECA22D165_1634651448.png

Rusiya yaxın gələcəkdə Ermənistan iqtisadiyyatına 1 milyard dollar sərmayə qoymağı planlaşdırır.

Femida.az xəbər verir ki, bu barədə Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç deyib. O VIII erməni-rus forumunda çıxışı zamanı bildirib ki, bu, Ermənistanla Rusiya arasında iqtisadi, sosial və mədəni əlaqələrin inkişafına, yeni texnoloji iş yerlərinin yaradılmasına ciddi töhfə olacaq.

Femida.az

Açar sözlər: #Rusiya   #Ermənistan   #Sərmayə    

Oxunub: 450