Dövlət Komitəsi dayəyə verilən uşaqla bağlı araşdırma aparır


19:57     19 Oktyabr 2021 2021/10/AA7B50E2-E158-4195-8364-7D6C7F4D2B0E_1634660482.png

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda müvəqqəti baxılması üçün dayəyə verilən azyaşlı qızla bağlı araşdırmalara başlayıb.

Bunu Femida.az -a Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.

O bildirib ki, azyaşlı sığınacağa yerləşdirilib və onun valideynlərinin tapılması istiqamətində aidiyyəti qurumlarla birlikdə araşdırmalar davam etdirilir.

Xatırladaq ki, sosial şəbəkələrdə azyaşlının anası tərəfindən müvəqqəti baxılması üçün dayəyə təhvil verilməsi, 8 gün ərzində şəxslə əlaqə saxlamağın mümkün olmaması barədə məlumat yayılıb. Dayə azyaşlının valideyni ilə əlaqə saxlamağa çalışsa da, anasının telefonuna zəng çatmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 248