Bakıda avtomobil piyadanı vuraraq xəsarət yetirib


09:24     20 Oktyabr 2021 2021/10/761cd133-092b-3442-9141-37a13715849d_850_1634707508.jpg

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Nizami rayonunda qeydə alınıb. Avtomobil yolu keçən piyada, 1959-cu il təvəllüdlü Məmmədov Tərlan Eyyub oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1064