Balakəndə koronavirus xəstəsinə cinayət işi başlanılıb
10:06 20 Oktyabr 2021
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, rayonun Qazma kənd sakini Anar Bodurovun “COVID-19” testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və karantin qaydaları izah olunub.
Buna baxmayaraq, həmin şəxs qaydaları kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb. Polis əməkdaşları onunla profilaktik söhbətlər aparıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə qaytarıblar.
A.Bodurov barəsində Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Oxunub: 1065
Oxşar xəbərlər
- Balakəndə 28 yaşlı kişinin qulağını kəsən şəxs saxlanılıb
- Balakəndə ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 5-i yaralanıb
- Balakəndə həyətyanı sahəsini narkotik plantasiyasına çevirən qadın saxlanılıb
- Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 13 nəfər saxlanılıb
- Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi barədə araşdırma başlanıb
- Balakəndə videolarını sosial şəbəkədə paylaşan avtoxuliqan sürücü həbs olunub
- Balakəndə 75 yaşlı kişi yanaraq ölüb
- Balakəndə marixuana çəkib, sərnişin daşıyan sürücülər saxlanılıb
- Balakəndə karantin rejimi ilə əlaqədar reyd keçirilib, 17 nəfər cərimələnib
- Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanııb