Qaxda göbələkdən zəhərlənərək ölən uşaqların sayı 2-yə çatıb


09:32     20 Oktyabr 2021 21_10_20_1634710081.jpg

Qaxda göbələkdən zəhərlənən 9 yaşlı İbrahimxəlil Qasımzadə vəfat edib.

Femida.az -ın məlumatına görə, o, Bakıda müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

19.10.2021, 23.14
Qax rayonunda zəhərlənmə hadisəsi baş verib.

“Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Tasmalı kəndində qeydə alınıb.

Kənd sakinləri - 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə göbələkdən zəhərləniblər. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstələrin vəziyyətləri ağır olduğundan onlar Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.

Məlumata görə, 12 yaşlı M.Qasımlı xəstəxanada dünyasını dəyişib.

Açar sözlər:

Oxunub: 381