Ermənistanda ağır yol qəzası olub, 6 nəfər ölüb, 9 nəfər yaralanıb


10:47     20 Oktyabr 2021 21_10_20_1634711843.jpg

Ermənistanda ağır yol qəzası baş verib.

Femida.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hadisə Araqatsotn bölgəsinin Kakavadzor kəndi yaxınlığında qeydə alınıb.

Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, İrəvan-Gümrü avtomobil yolunun 50-ci kilometrliyində “QAZel” markalı yük avtomobili yoldan çıxaraq aşıb. Nəticədə 6 nəfər ölüb, 9 nəfər yaralanıb.

Açar sözlər:

Oxunub: 1091