Bakıda məhkumun evindən ov tüfəngi aşkarlanıb


11:12     20 Oktyabr 2021 21_10_20_1634712655.jpg

Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə əməliyyatları davam edir.

Penitensiar Xidmətdən Femida.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Cinayət Məcəlləsinin 234.1; 237.2.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətində azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar xidmətin Müalicə Müəssisəsində saxlanılan məhkum Nahid Nazim oğlu Əliyevin yaşadığı Maştağa qəsəbəsində fərdi yaşayış evinin həyətində torpağa basdıraraq gizlətdiyi 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 320