Baş Prokurorluq 2 uşağın göbələkdən zəhərlənərək ölməsi ilə bağlı araşdırmalara başlayıb


11:34     20 Oktyabr 2021 21_10_20_1634713926.jpg

Baş Prokurorluq Qax rayonunda iki uşağın zəhərlənərək vəfat etməsi faktı ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə Femida.az -ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, rayonun Tasmalı kənd sakinləri - 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə ilkin ehtimalla göbələkdən zəhərlənmə diaqnozu ilə Bakıda yerləşən Respublika Toksikologiya Mərkəzinə köçürülüblər. M.Qasımlı və İ.Qasımzadə vəfat edib.

"Faktla bağlı araşdırma aparılır", - Mətbuat Xidmətindən bildirilib.

Açar sözlər:

Oxunub: 384