Bakıda məhkəmə hakimi HƏBS OLUNDU
11:42 20 Oktyabr 2021
Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq hakim, dələduzluqda təqsirləndirilən Lətif Nəbiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Femida.az xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, L.Nəbiyev 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, uzun müddət Bakı Apellyasiya Məhkəməsinin və Suraxanı Rayon Məhkəməsinin hakimi olmuş Lətif Ədil oğlu Nəbiyev külli miqdarda dələduzluqda ittiham edilir.
İttihama görə, L.Nəbiyev zərərçəkmiş Azad İbrahimova 247 min 500 dollar Rüstəm Abdullayevə isə 59 min 700 dollar zərər vurub. O, R.Abdullayevdən pulu iş qurmaq adı ilə alıb. A.İbrahimovla qohum olan L.Nəbiyev həmin şəxsin pulunu Bakıda dəniz kənarında torpaq almaq məqsədi ilə alaraq dələduzluq edib.
Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) maddəsi ilə ittiham verilib.
Xatırladaq ki, cinayət işi üzrə ibtidai istintaq başa çatdıqdan sonra baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilsə də, məhkəmə aidiyyətlə bağlı məsələyə baxaraq işin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi barədə qərar verib (report).
Oxunub: 1180
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb