Sabirabadda ərzaq mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb


12:11     20 Oktyabr 2021 21_10_20_1634716041.jpg

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Sabirabad rayonu, Qaragüney kəndində yerləşən, Muradov Əvəz Sarxan oğluna məxsus “Elşən-Gülşən” ərzaq mağazasında yoxlama keçirib.

AQTA-dan Femida.az-a verilən məlumata görə, yoxlama zamanı mağazada sanitar gigiyenik qaydalara əməl olunmadığı, istifadə müddəti bitmiş və etiket məlumatları olmayan qida məhsullarının saxlanıldığı aşkar olunub.

Həmçinin mağazada təmizlik işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub. Agentlik tərəfindən istehlaka yararsız qida məhsullarının satışının qadağan edilməsi barədə qərar qəbul edilib, müəssisə rəhbərliyi barədə qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam edir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Açar sözlər:

Oxunub: 1121