Bakıda baxılması üçün dayəyə müvəqqəti verilən azyaşlının nənəsi tapılıb
13:42 20 Oktyabr 2021
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda baxılması üçün dayəyə müvəqqəti verilən və daha sonra valideynləri tapılmadığı üçün sığınacağa yerləşdirilən azyaşlı qızla bağlı məlumat yayıb.
Bunu Femida.az -IN sorğusuna cavab olaraq Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.
Onun sözlərinə görə, Dövlət Komitəsi tərəfindən sığınacağa yerləşdirilən azyaşlının nənəsi ilə əlaqə saxlanılıb:
"Rusiya Federasiyasında yaşayan nənə qısa müddət ərzində Bakıya qayıdacağını və nəvəsini qəyyumluğa götürəcəyini bildirib. Nənə onu da əlavə edib ki, nəvəsinə baxmaq üçün azyaşlının 18 yaşı olanadək etibarnaməsi var. Həmçinin nənə nəvəsi üçün ən etibarlı yerin dövlətin himayəsi olduğunu bildirib. Hazırda Dövlət Komitəsi tərəfindən azyaşlının təhsilini davam etdirməsi üçün sənədlər hazırlanır. Bu gün azyaşlının nənəsi ilə telefon vasitəsilə əlaqə saxlaması üçün şərait yaradılacaq".
Xatırladaq ki, sosial şəbəkələrdə azyaşlının anası tərəfindən baxılması üçün dayəyə müvəqqəti təhvil verildiyi barədə məlumatlar yayılıb.
Qeyd olunub ki, 8 gün ərzində uşağı dayəyə verən şəxslə əlaqə saxlamaq mümkün olmayıb. Dayə azyaşlının valideyni ilə əlaqə saxlamağa çalışsa da, onun anasının telefonuna zəng çatmayıb. Dövlət Komitəsi bundan sonra azyaşlı qızla bağlı araşdırmalara başlayıb.
Oxunub: 344
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb