Lixaçev İrəvana gedir: Rusiya Ermənistanda yeni AES tikəcək
15:39 20 Oktyabr 2021
Rusiyanın Atom Enerjisi Korporasiyası olan "Rosatom" un baş direktoru Aleksey Lixaçev Ermənistana səfər edəcək. Femida.az xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb.
Bildirilir ki, Lixaçev və rəhbərlik etdiyi nümayəndə heyəti İrəvana noyabrın əvvəlində gələcək. Səfər zamanı "Metsamor" AES -in əsaslı təmirinin gedişi, 2026 -cı ildən sonra onun xidmət müddətinin uzadılması imkanları, həmçinin yeni stansiyanın tikintisi perspektivləri müzakirə olunacaq.
Xatırladaq ki, "Rosatom" gələn ilə başa çatdırılması planlaşdırılan "Metsamor" AES -in əsaslı təmirini reallaşdıran əsas qurumlardan birirdir. "Rosatom"un törəmə şirkəti "Rusatom Service" təmir işlərinin mühüm hissəsinin baş podratçısı idi və hazırda stansiya rəhbərliyinə məsləhətlər verməyə davam edir. "Rosatom"un müəssisələri isə stansiyaya avadanlıq tədarük etməyə davam edir.
Femida.az
Oxunub: 396
Oxşar xəbərlər
- Hikmət Hacıyev: “Ermənistan region üçün ciddi təhlükə olan Metsamor məsələsini qəsdən şouya çevirib”
- MN: Ordumuzun raket sistemləri Metsamor AES-i yüksək dəqiqliklə vurmağa imkan verir
- Ermənistanı gözləyən sərt qış - Sanksiya və bahalaşma İrəvanı necə "DONDURACAQ"?
- Metsamor AES təmirə bağlanır
- ““Metsamor” bölgə üçün ciddi təhlükə mənbəyidir” - Nazir
- Aİ: Metsamor AES bağlanmalıdır
- ŞOK: Aprel döyüşlərinə qatılan ermənilər Afrində Türkiyəyə qarşı vuruşur
- Fransa mətbuatı `Metsamor` təhlükəsindən yazdı
- “Vaşinqton Post”: Metsamor həyatla ölüm arasındadır - FOTOLAR
- ``Metsamor` Ermənistana atom mənbəyi kimi lazımdır` - Təhlükə qapımızda