Metroda qatarların hərəkəti ləngiyib


17:05     20 Oktyabr 2021 2021/10/6E54E091-BFA4-44C0-9716-C56FE0D28893_1634734638.jpeg

“Bakı Metropoliteni” QSC-nin “Qara Qarayev” stansiyasından “Neftçilər” stansiyasına hərəkət edən qatara texniki baxış keçirilməsi zərurəti yaranıb.

Bu barədə Femida.az
-a qurumun mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, "Neftçilər" stansiyasında sərnişinlər düşürülüb və qatar texniki yoxlama məqsədilə stansiya dalan yoluna verilib.

Nəticədə, iki qatar arasında 4 dəqiqəyə yaxın yubanma olub. Xəttə ehtiyat qatar buraxılıb.

Femida.az

Açar sözlər: #Metro    

Oxunub: 546