Bakıda Özbəkistan vətəndaşını qətlə yetirən şəxsin məhkəməsi başlayır


11:11     21 Oktyabr 2021 21_10_21_1634799535.jpg

Bakıda qətl törətməkdə təqsirləndirilən Elçin Ələkbərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Femida.az -ın xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, bu il iyulun 30-u saat 19 radələrində Özbəkistan vətəndaşı, 1975-ci il təvəllüdlü Nailə Əliyevanın öldürülməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, Azərbaycan vətəndaşı, 1980-ci il təvəllüdlü E.Ələkbərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək N.Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

E.Ələkbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Açar sözlər:

Oxunub: 1090