Fermadan oğurluq etməkdə təqsirləndirilən Astara sakini saxlanılıb


12:16     21 Oktyabr 2021 21_10_21_1634803298.jpg

Fermadan oğurluq etməkdə təqsirləndirilən Astara rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Astara rayonunun Qamışlı kəndində yerləşən fermadan ümumi dəyəri 3800 manat olan müşahidə kameraları, soyuducuya aid motor və radiatorların oğurlanması ilə bağlı Rayon Polis Şöbəsinə müraciət daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda saxlanılıb. Araşdırmalarla onun Astara rayon sakini Bəhruz Səmədov olduğu müəyyən edilib. Oğurladığı əşyalar onun saxladığı yerdən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır

Açar sözlər:

Oxunub: 1348


Oxşar xəbərlər