Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının genişləndirilməsi məsələsi müzakirə olunub
13:11 21 Oktyabr 2021
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov Türkiyənin Azərbaycandakı hərbi attaşesi general-mayor Zekeriya Yalçın ilə görüşüb.
Dövlət Xidmətindən Femida.az-a verilən məlumata görə, general-polkovnik Arzu Rəhimov ölkəmizdə fəaliyyətə başlaması münasibətilə yeni təyin olunan hərbi attaşeni təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycanda hərbi attaşe kimi fəaliyyət göstərəcəyindən məmnunluğunu ifadə edən general-mayor Zekeriya Yalçın iki qardaş ölkə arasında hərbi əməkdaşlığın inkişafının yüksək səviyyədə olduğunu bildirib.
Görüşdə Azərbaycan-Türkiyə arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb, hərbi sahədə əməkdaşlıq, o cümlədən hərbi xidmətə çağırış və səfərbərlik sahəsində təcrübə mübadiləsinin daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Oxunub: 1351
Oxşar xəbərlər
- Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib
- Azərbaycan-Türkiyə birgə təlimləri başa çatıb - VİDEO
- Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir
- Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyanın iclası keçirilib
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır!
- Azərbaycan-Türkiyə sənədləri imzalanıb
- Azərbaycan-Türkiyə birgə təlimləri yekunlaşır
- Azərbaycan-Türkiyə təlimlərinə xüsusi təyinatlılar da cəlb edildi
- Azərbaycan-Türkiyə təlimlərinə xüsusi təyinatlılar da cəlb edildi
- Azərbaycan-Türkiyə hərbi təlimlərdə zirehli texnikalar işə salındı - VİDEO