Kabildə qadınlar etiraz aksiyası keçiriblər


14:48     21 Oktyabr 2021 21_10_21_1634809741.jpg

Kabil şəhərində qadınlar Əfqanıstan Xarici İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər.

Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, onlar "Taliban" hökumətini öz hüquqlarına hörmət etməyə çağırıblar. Qadınlar həmçinin hökumətdə təmsil olunmaq arzularını dilə gətiriblər.

Etirazçıların sayı 30 nəfərdən çox olub.

Bildirilib ki, “Taliban” hökuməti aksiyanı dağıdıb, çəkiliş aparan jurnalistlər döyülüblər.

Açar sözlər:

Oxunub: 1357