Xərçəngdən sağalan komandirə mənzil verildi
21:52 21 Oktyabr 2021
Vətən Müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı kəşfiyyat bölüyünün komandiri, baş leytenant Qəzənfər Ağayev mənzillə təmin olunub.
Femida.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov məlumat yayıb.
“Vətən Müharibəsi qəhrəmanımız Qəzənfər Ağayev də dövlətimiz tərəfindən mənzillə təmin olunanlar siyahısındadır. Yeni mənzilində xoş günlər yaşasın!”, - o qeyd edib.
Qeyd edək ki, Q.Ağayev müharibədə yaralanmaqla yanaşı, xərçəng xəstəliyindən də əziyyət çəkirdi. O, bir müddət əvvəl YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilmiş, müayinələrin nəticəsinə əsasən, həkimlər tərəfindən ölkəmizdə aparılan müalicənin effektiv nəticə verməsi bildirilmiş, onda xərçəng hüceyrələrinin aşkar edilmədiyi barədə rəy verilmişdi.
Femida.az
Oxunub: 1777
Oxşar xəbərlər
- Şəhid və qazi övladlarına psixoloji dəstəklə bağlı tədbir keçirilib
- Kameranı bağlayıb, qazini döydülər, amma...
- Bakıda dilənçilik edən saxta qazi saxlanılıb
- Narazı qazilərin şikayətlərinə münasibət bildirilib
- Qaziyə qarşı dələduzluq edən kanal rəhbəri hakim qarşısına çıxarılır
- Daha 4 qazi müalicə üçün Türkiyəyə göndərilib
- Xərçəngdən əziyyət çəkən Vətən müharibəsi qazisi vəfat edib
- İndiyədək qazi və şəhid ailələrinin 5,6 milyon manatlıq borcları ödənilib
- Daha 325 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib, 31 nəfəri qazi və şəhid ailəsi üzvüdür
- Vətən müharibəsi qazisinə qarşı dələduzluq edən kanal rəhbəri həbs olunub