Hacıqabulda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
10:11 22 Oktyabr 2021
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az
-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayon ərazisində yerləşən evlərin birinə qanunsuz daxil olaraq ümumi dəyəri 7000 manata yaxın olan müxtəlif növ məişət əşyaları və avadanlıqları oğurlayan rayon sakini Emin Şirinov saxlanılıb.
Saxlanılan zaman həmin şəxsin üzərinə keçirilən baxış zamanı ondan psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı E.Şirinov törətdiyi oğurluq əməlini etiraf edərək, əşya və avadanlıqları dəyərindən ucuz qiymətə satdığını, üzərindən aşkarlanan psixotrop maddəni isə satmaq üçün qanunsuz saxladığını bildirib.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şirzad Məmmədov da saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı isə bir büküm metamfetamin aşkar edilərək götürülüb.
Faktlarla əlaqədar Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.
Oxunub: 1358
Oxşar xəbərlər
- Hacıqabulda avtomobillər toquşub, xəsarət alanlar var
- Hacıqabulda zəncirvari qəza olub, xəsarət alanlar var
- Hacıqabulda yol qəzalarında 3 nəfər xəsarət alıb
- Hacıqabulda avtomobil 52 yaşlı qadını vuraraq ağır xəsarət yetirib
- Qaradağ və Hacıqabulda su kəsiləcək
- Hacıqabulda itkin düşən 59 yaşlı qadın tapılıb
- Hacıqabulda 59 yaşlı qadın itkin düşüb
- Hacıqabulda qaydaları pozan COVID-19 xəstəsi barədə araşdırmalar aparılır
- Hacıqabulda şadlıq sarayının icarədarı 4 000 manat cərimələnib
- Hacıqabulda zəncirvari qəzada 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb