Türkiyə kəşfiyyatı İraqda əməliyyat keçirib


11:02     22 Oktyabr 2021 21_10_22_1634886168.jpg

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında əməliyyat keçirib.

Femida.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, MİT Metina məntəqəsində iki əməliyyat gerçəkləşdirib.

Əməliyyat nəticəsində bölgədə təhlükəsizlik qüvvələrinə hücuma hazırlaşan PKK-nın 5 terrorçusu zərərsizləşdirilib.

Qeyd edilir ki, Türkiyə kəşfiyyat xidmətləri İraqın şimalında əməliyyatlarını davam etdirir.

Xatırladaq ki, 1984-cü ildə ortaya çıxan PKK silahlıları Türkiyədə minlərlə dinc sakini, həmçinin təhlükəsizlik qüvvələrinin əməkdaşlarını qətlə yetiriblər.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb.

Açar sözlər:

Oxunub: 1343