Ermənistanda koronavirusdan daha 42 nəfər ölüb


11:47     22 Oktyabr 2021 21_10_22_1634887459.jpg

Ermənistanda daha 2146 nəfərdə koronavirus aşkarlanıb.

Femida.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 292 052-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 42 nəfər artaraq 5 944-ə çatıb.

Açar sözlər:

Oxunub: 1362