Prezidentin köməkçisi xarici media nümayəndələrinə çağırış edib
13:58 22 Oktyabr 2021
“Bu gün Azərbaycan qarşısına yeni mübarizə qoyub. Bu, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qarabağın yenidən qurulmasıdır”.
Femida.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Türk Şurası Mediaforumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Qarabağda 10 min kv.km-dən çox Azərbaycan torpaqları tamamilə dağıdılıb və məhv edilib. XXI əsrdə bir torpağın, şəhərin bu formada dağıdılması ağlasığan mənzərə deyildi. Türk Şurası ölkələrinin media nümayəndələri dağıdılmış ərazilərə dəfələrlə səfər edib, mediaturlara qatılıb. Onlar Azərbaycanın məhv edilmiş şəhərini, törədilmiş vandallıq aktlarını dünya ictimaiyyətinin diqqətinə çatdırıblar. Yenə də blogerlərdən, media nümayəndələrindən xahiş edirəm ki, Azərbaycanın haqq səsinə səs verək”.
Prezidentin köməkçisi bildirib ki, məqsədimiz qisas deyil: “Məqsədimiz gələcək sülhə, barışa çağırışdır. Bizim məqsədimiz bu kimi əməllərin dünyada gələcəkdə baş verməsinin qarşısının alınmasından ibarətdir. Eyni zamanda Qarabağda Azərbaycan və türk xalqına məxsus olan dərin mədəni və tarixi irs var. Təəssüflə qeyd etməliyik ki, bu mədəni irsimiz də illər ərzində, 30 il ərzində məhv edilib”.
Oxunub: 1510
Oxşar xəbərlər
- Prezidentin xüsusi nümayəndə təyin etdiyi Hacıyev kimdir?
- Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhədə gedib
- Prezidentin köməkçisi: "Zəngəzur dəhlizi Ermənistan üçün yeni imkanlar açacaq"
- Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin qərargahı istifadəyə verilib
- Prezidentin bu gün təyin etdiyi xidmət rəisi kimdir? - DOSYE
- Prezidentin xüsusi nümayəndəsi Ağdamda ağac əkib
- Prezidentin göstərişi ilə 9 partiyanın ofisinin yerləşdiyi ünvan abadlaşdırılır
- Prezidentin köməkçisi tibb işçilərinə xəbərdarlıq edib
- Prezidentin tapşırığına əsasən Azərbaycan Türkiyəyə yardım göndərib
- Prezidentin tapşırığı ilə Türkiyəyə yardım dəstələri göndəriləcək