Taliblər voleybolçu qızın başını kəsdilər


16:24     22 Oktyabr 2021 2021/10/DA5A91FF-378B-4104-9B73-A64E84AEDA8C_1634905979.png

Taliban Əfqanıstanın qadın voleybolçulardan ibarət gənclər komandasının üzvü Məhəcəbid Həkimini edam edib. Femida.az xəbər verir ki, bu barədə “The Tribune India” komandanın məşqçisinə istinadən xəbər yayıb.

Qəzetin yazdığına görə, voleybolçu qız oktyabr ayının əvvəlində başı kəsilərək edam edilib. Lakin bu məlumatlar gizli saxlanılıb. İdmançının yaxınları da həyatlarına təhlükə olduğundan hadisə haqqında açıqlama verməyə cəsarət etməyiblər. Ancaq bir neçə gün əvvəl sosial mediada bir qızın, kəsilmiş qanlı başını əks etdirən fotoşəkillər yayılmağa başladı. Ehtimal edilir ki, bu millinin üzvü Həkimi olub.

Qeyd edək ki, Məhəcəbid Əfqanıstanda hakimiyyət dəyişikliyinə qədər Kabil voleybol klubunda çıxış edib. Onun komandanın aparıcı oyunçularından biri olduğu vurğulanır.


Xatırladaq ki, oktyabrın 15-də Beynəlxalq Futbol Federasiyası (FİFA) Əfqanıstandan 100 nəfəri təxliyə edib. FİFA Qətər rəhbərliyinə bu işdə göstərdiyi köməyə görə təşəkkür edib.

Sentyabrda isə Talibanın əfqanların idmanla məşğul olmasını qadağan etmək niyyətində olduğu açıqlanmışdı. Lakin hələlik bu məsələ ilə bağlı yekun qərar qəbul edilməyib.

Açar sözlər: #Taliban   #Edam    

Oxunub: 533