ABŞ kəşfiyyatı: Qlobal istiləşmə geosiyasi gərginliyi artıracaq


16:38     22 Oktyabr 2021 2021/10/POT-1634891341_1634906926.jpg

ABŞ-ın xüsusi xidmət orqanları qlobal istiləşmənin yaxın 40 ildə geosiyasi gərginliyi və Amerikanın milli təhülkəsizliyinə riskləri gücləndirəcəyini proqnozlaşdırırlar. Hesabatda “narahatlıq doğuran ölkələr” kimi Əfqanıstan, Hindistan, Pakistan, Myanma, İraq, Şimali Koreya, Qvatemala, Haiti, Honduras, Nikaraqua və Kolumbiyanın adları qeyd olunur.

"Reuters" agentliyinə bu haqda məlumat verən mənbənin sözünə görə, isti, quraqlıq, su çatışmazlığı və qeyri-effektiv idarəçilik üzündən Əfqanıstan daha çox narahatlıq doğurur. Su mübahisələri baxımından Hindistan və Cənubi Asiyanın qalan hissələri də “qaynar geosiyasi zona” sayılır.

Hesabatda ABŞ xüsusi xidmət orqanlarını qayğılandıran daha iki region göstərilir və problemin həllilə bağlı vəziyyətə aydınlıq gətirilir. “İqlim dəyişikliyi dünyanın daha həssas rayonları olan Mərkəzi Afrika ölkələrində və Sakit okeanın kiçik ada dövlətlərində qeyri-sabitlik risklərini artıracaq. Qlobal iqlim dəyişikliyi probleminin həllinə müxtəlif yanaşmalar sərgilənir. Öz iqtisadiyyatının dəstəklənməsi üçün ənənəvi enerjidaşıyıcılarının ixracına güvənən dövlətlər sıfır səviyyəli karbon tullantıları dünyasına keçilməsinə müqavimət göstərəcəklər. Çünki onlar bununla bağlı yaranacaq iqtisadi, siyasi və geosiyasi itkilərdən ehtiyatlanırlar”,- hesabatda qeyd olunur.

Sənəddə həmçinin Arktika uğrunda strateji rəqabətin güclənəcəyi ehtimalı vurğulanır: "Arktika və qeyri-Arktika ölkələri rəqabət qabiliyyətlərini artıracaqlar. Temperaturun yüksəlməsi və buz örtüyünün azalması sayəsində region daha əlçatan olacaq. Arktikada beynəlxalq rəqabət əhəmiyyətli dərəcədə iqtisadi səciyyəli olacaq".

Femida.az

Açar sözlər: #İqlim   #rəqabət    

Oxunub: 471