Prezident Macarıstanın dövlət başçısını təbrik edib
16:48 22 Oktyabr 2021
Prezident İlham Əliyev Macarıstanın Prezidenti cənab Yanoş Aderə məktub ünvanlayıb.
Femida.az -ın xəbərinə görə, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Macarıstanın milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Biz Azərbaycan-Macarıstan münasibətlərinin hərtərəfli inkişafına mühüm əhəmiyyət veririk. Strateji tərəfdaş olan ölkələrimizi birləşdirən sıx dostluq və əməkdaşlıq münasibətləri bu gün yüksək səviyyəli siyasi dialoq, iqtisadi-ticari, humanitar və digər sahələrdə yeni məzmunla zənginləşir.
Əminəm ki, ölkələrimiz arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan əlaqələr, səmərəli əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahı naminə uğurla inkişaf edəcək və genişlənəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Macarıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
Femida.az
Oxunub: 523
Oxşar xəbərlər
- İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib
- Prezident İlham Əliyev Əziz Sancarı qəbul edib
- Prezident Ağdam üzrə xüsusi nümayəndə vəzifəsini ləğv etdi
- Prezident Soçi görüşündən danışdı
- Prezident dörd səfirin etimadnaməsini qəbul edib - YENİLƏNİB
- İlham Əliyev Koreya rəsmisini qəbul edib - YENİLƏNİB
- Prezident yeni Biləcəri lokomotiv deposunun açılışında - FOTOLAR
- BMT İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən qətnaməni qəbul edib
- "Azərbaycan Ordusu məsum övladlarımızın qisasını aldı" - Prezident
- İlham Əliyev uşaqları təbrik edib