Milli Məclisin rəhbəri ATƏT PA-nın sədrinə etiraz edib


18:21     22 Oktyabr 2021 2021/10/9908D0C0-FEE8-4B0A-8DE8-940453EFFD95_1634910433.png

Milli Məclisin sədri Sahibə Qafarova Afinaya səfəri çərçivəsində ATƏT Parlament Assambleyasının sədri Marqaret Sederfeltlə görüşdə beynəlxalq qurumların təmsilçilərinin “Dağlıq Qarabağ münaqişəsi” terminini işlətməsinə protest bildirib. Azərbaycan parlamentinin spikeri bu ifadənin yolverilməz olduğunu deyib.

Femida.az Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, Sahibə Qafarova 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə sayəsində Azərbaycanın keçən il öz ərazi bütövlüyünü bərpa etdiyini diqqətə çatdırıb. Bununla ölkə həm də işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tamamilə Azərbaycan ərazilərindən çıxmasını tələb edən BMT Təhlükəsilik Şurasının qətnamələrini özü yerinə yetirib.

- Dağlıq Qarabağ münaqişəsi artıq tarixə çevrilib. Azərbaycan və region üçün yeni mərhələ başlayıb. Bu bərpa və inşa mərhələsidir. Prezident İlham Əliyevin bu ilin iyulunda imzaladığı fərmana görə isə Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü müəyyənləşdirilib. Bu fərmana əsasən iki yeni rayon – Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb,- Milli Məclisin sədri vurğulayıb.

Femida.az

Açar sözlər: #Parlament   #etiraz    

Oxunub: 560