Bu il Azərbaycanda 37 sel və daşqın olub


18:55     22 Oktyabr 2021 2021/10/0BAA1671-84C9-4879-8471-AD0F502A59FF_1634911061.jpeg

Azərbaycan iqlim dəyişmələrinə həssas olan ölkələrdən biridir. Bunu bizim çoxillik meteoroloji məlumatların təhlili sübut edir. Əgər 1960-2000-ci illərdə ölkədə il ərzində sel və daşqın hadisələri 2-3 dəfə baş verirdisə, ötən il həmin hadisələrin sayı 35-ə çatıb. Bu il isə Azərbaycanda 37 sel və daşqın hadisəsi baş verib.

Femida.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva BMT Günü və Qlazqoda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP26) həsr olunmuş tədbirdə deyib.

U.Tağıyeva bildirib ki, son iki ildə yaşadığımız quraqlıq həm iqtisadiyyat, həm də əhali üçün böyük problemlər yaşadıb. Bu da iqlim dəyişmələrinin fəsadlarıdır. Kənd təsərrüfatı üçün risklər artıb.

Femida.az

Açar sözlər: #Sel   #Daşqın    

Oxunub: 439