Azərbaycanda daha 2 112 nəfər koronavirusa yoluxub, 18 nəfər ölüb


19:20     22 Oktyabr 2021 2021/10/D04C5829-CC41-4947-8BEF-8B08BD80E55B_1634911205.jpeg

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 112 yeni yoluxma faktı qeydə alınıb, 882 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 511 974 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 482 578 nəfər müalicə olunaraq sağalıb, 6 847 nəfər vəfat edib. 22 549 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 568, bu günə qədər isə ümumilikdə 5 081 920 test icra olunub.

Açar sözlər: #Koronavirus    

Oxunub: 1888