Peyvənd olunanların sayı açıqlanıb


19:37     22 Oktyabr 2021 2021/10/5C5E678B-77A2-4EB6-AC7C-C5D40F6AB33C_1634911314.jpeg

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 886 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 774, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 112 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 320 558, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 024 500, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 296 058 təşkil edir.

Femida.az

Açar sözlər: Covid-19  

Oxunub: 1754