Daha bir məktəb distant təhsilə keçib


20:19     22 Oktyabr 2021 2021/10/4BF8347C-8E8C-4EB0-B92D-737109A93063_1634919727.png

Azərbaycanda daha bir məktəbdə dərslər koronavirusa görə dayandırılıb. Femida.az xəbər verir ki, Oğuz rayonunun Bayan kənd tam orta məktəbi bu gündən distant təhsilə keçib.

Məlumata görə, məktəbin 5 müəllimi və 21 şagirdində koronavirus aşkarlanıb. Oğuz Rayon Təhsil Şöbəsindən bildirilib ki, dərslər oktyabrın 22-dən iki həftə müddətində onlayın formada keçiriləcək.

Femida.az

Açar sözlər: #Məktəb   #Virus    

Oxunub: 318