Suraxanıda narkotiklə bağlı 48 nəfər tutulub


21:15     22 Oktyabr 2021 2021/10/CEE979AC-6DCB-43A4-BBED-4284369306FC_1634931831.png

Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam edir.

Femida.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, keçirilən əməliyyat zamanı son 10 gündə 48 nəfər tutularaq istintaqa cəlb edilib: "Keçirilən əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri kampaniya xarakteri daşımır. Bu istiqamətdə bütün ölkə miqayasında daxili işlər orqanlarının əməkdaşları tərəfindən tədbirlər davam etdirilir".

Femida.az

Açar sözlər: #Suraxanı   #Narkotik    

Oxunub: 646