Sabirabadda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb


09:25     23 Oktyabr 2021 2021/10/4970014a-08ee-3738-8393-6ee24748e792_850_1634966768.jpeg



Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az -a verilən məlumata görə, Sabirabad rayon sakini Asif Rəhimova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.

Polis əməkdaşları tərəfindən qaydaları pozan A.Rəhimovun qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Açar sözlər:

Oxunub: 1584