Biləsuvarda toy məclisinə görə restoranın icarədarı cərimələnib


11:22     23 Oktyabr 2021 21_10_23_1634973360.jpg

Biləsuvarda toy zamanı karantin qaydaları pozulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimlərindən birində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, aparılan yoxlamalar zamanı “Timur” restoranında təşkil edilən toy mərasimində iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halı müəyyən olunub.

Həmin şadlıq sarayını icarə əsasında işlədən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə 4000 manat məbləğində cərimə olunub.

Açar sözlər:

Oxunub: 572