Polis bu qadınla bağlı əhaliyə müraciət edib


12:21     23 Oktyabr 2021 21_10_23_1634977233.jpg

Ağstafa rayonunda qeydiyyatda olmaqla paytaxtın Səbail rayonu Bayıl qəsəbəsində yaşayan 27 yaşlı Günay Nəsibova itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, onun həyat yoldaşı polisə ərizə yazaraq bildirib ki, 22 oktyabr 2021-ci il tarixində səhər saat 11 radələrində evdən çıxıb və axşam yaşadıqları ünvana qayıdan zaman G.Nəsibovanı orada olmadığını müəyyən edib.

Axtarışları nəticə vermədiyi üçün o, bu barədə polisə məlumat verib.

Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə (012) 491-02-02 və 012-437-02-02 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Açar sözlər:

Oxunub: 523