Yevlaxda heroin satan şəxs tutulub


12:33     23 Oktyabr 2021 21_10_23_1634977497.jpg

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb olunublar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsində şübhəli bilinən, Yevlax şəhər sakini Vüqar İsmayılov saxlanılaraq RPŞ-yə gətirilib.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb. Dindirilmə zamanı onun narkotiki şəhər sakini Azad Hüseynovdan aldığı müəyyən edilib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində A.Hüseynov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman 130 qrama yaxın heroin aşkar edilərək götürülüb.

Faktla bağla Yevlax RPŞ-də araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 510