Astarada meşədə həmyerlisini bıçaqlayan şəxsə hökm oxunub
14:28 23 Oktyabr 2021
Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Həbib Şabanovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Femida.az -ın xəbərinə görə, sonuncu keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2020-ci ilin iyul ayının 21-də Astara rayonu ərazisində 1990-cı il təvəllüdlü Nadir Rüstəmovun bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Daha sonra hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Araşdırmalarla 1993-cü il təvəllüdlü H.Şabanovun rayonun Bəndəsər kəndində yerləşən meşədə aralarında baş verən mübahisə nəticəsində N.Rüstəmova bıçaq xəsarətləri yetirməklə onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə H.Şabanov Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Oxunub: 1559
Oxşar xəbərlər
- Astarada qardaşını baltalayan qadının məhkəməsi başlayır
- Astarada minik və yük avtomobilləri toqquşub, ölən və yaralanan var
- Astarada toyda dava düşüb, xəsarət alan var
- Astarada polisi öldürmək istəyən şəxsə 17 il 7 ay həbs cəzası verilib
- Astarada yük avtomobili qəzaya uğrayıb, ölən və yaralanan var
- Astarada meşədə yanğın başlayıb
- Astarada şadlıq sarayının sahibi və toy təşkilatçısı cərimələnib
- Astarada su anbarında üç aylıq körpənin meyiti aşkarlanıb
- Astarada 5 uşaq atası intihar edib
- Astarada 20 yaşlı gənci avtomobil vurub