Sahibə Qafarova Monteneqro Parlamentinin sədri ilə görüşüb
16:22 23 Oktyabr 2021
Milli Məclisin sədri Sahibə Qafarova Yunanıstana işgüzar səfəri çərçivəsində Monteneqro parlamentinin sədri Aleksa Becic ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az -a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin daha da inkişafı haqqında müzakirələr aparılıb.
Yüksək səviyyəli səfərlərin siyasi münasibətlərimizin inkişafında xüsusi rol oynadığı vurğulanıb.
Söhbətdə Azərbaycanla Monteneqro arasında əlaqələrin inkişafında parlamentlərin rolundan danışılıb, bu sahədə dostluq qruplarının xüsusi əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. Parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi üçün qarşılıqlı səfərlərin, fikir və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, iki ölkə arasında iqtisadi, humanitar, mədəni, turizm və digər sahələrdə əməkdaşlığı genişləndirmək üçün geniş imkanlar var.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 4098
Oxşar xəbərlər
- Sahibə Qafarova Gürcüstanın Baş naziri ilə görüşüb
- Sahibə Qafarova Gürcüstana rəsmi səfər edəcək
- Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyəti Estoniyaya səfərə gedib
- Sahibə Qafarova ilə İranın xarici işlər naziri arasında görüş olub
- Sahibə Qafarova: "Biz müharibədən yox, sülhdən, gələcəkdən danışmaq istəyirik"
- Sahibə Qafarova BQXK rəsmisi ilə Ermənistanın mina xəritələrini verməməsini müzakirə edib
- Sahibə Qafarovanın Rusiyaya səfər proqramı açıqlanıb
- Sahibə Qafarova Milli Məclis adından Türkiyəni təbrik edib
- Sahibə Qafarovanın Yunanıstana işgüzar səfəri başlayıb
- Sahibə Qafarova sabah Yunanıstana gedəcək