Nazir: "Canəli Əkbərov Azərbaycan mədəniyyətində böyük bir miras qoyub"


16:37     23 Oktyabr 2021 2021/10/4A2BA85C-5614-478B-B4D6-F46EE2A7C24F_1634996426.png

"Canəli Əkbərov Azərbaycan mədəniyyətində böyük bir miras qoyub. Onun Azərbaycan mədəniyyətindəki rolu danılmazdır. Canəli Əkbərov Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş sənətkardır".

Femida.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov deyib. O bildirib ki, Xalq artistinin vəfatı Azərbaycan mədəniyyətinə ağır itkidir:

"Azərbaycan hökuməti adından xalqımıza və mədəniyyətimizə başsağlığı çatdırırıq. Canəli Əkbərovun əməyi dövlət tərəfindən də qiymətləndirilib, müxtəlif mükafatlara, laureatlara layiq görülüb. Bu gün onun davamçıları var. Onun tələbələri bu mirası ondan sonra da yaşatmalıdırlar".

Femida.az

Açar sözlər: #CanəliƏkbərov    

Oxunub: 601


Oxşar xəbərlər