Şoyqu almaniyalı həmkarına cavab verdi


19:13     23 Oktyabr 2021 2021/10/F5997EFF-3A33-4963-9B1A-2ECE2528480E_1635002031.png

“NATO öz qüvvələrini ardıcıl olaraq Rusiya Federasiyası ilə sərhədlərə yığır”.

Femida.az"TASS"a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu almaniyalı həmkarı Anneqret Kramp-Karrenbauerin bəyanatına cavab olaraq deyib.

Onun sözlərinə görə, belə halların Almaniya və Avropa üçün necə başa çatdığını Almaniyanın müdafiə naziri yaxşı bilməlidir: "Avropanın təhlükəsizliyi Rusiyanın maraqlarına xələl gətirmədən ümumi xarakter daşıya bilər. Lakin bu məsələdə bərabər hüquqlu dialoqa bu gün məhz NATO hazır deyil”.

Şoyqunun fikrincə, NATO-nun Əfqanıstanda “dayandırmaq” planı fəlakətlə nəticələnib: “NATO-nun bu planı indi bütün dünyanın üzləşdiyi fəlakətlə nəticələndi”.

Qeyd edək ki, Almaniyanın müdafiə naziri NATO-nu Rusiyaya qarşı daha sərt addımlar atmağa çağırıb: "Rusiya tərəfindən çağırışların artması ilə əlaqədar NATO açıq şəkildə göstərməlidir ki, hərbi xarakterli tədbirlərə əl atmağa hazırdır”.

Femida.az

Açar sözlər: #Rusiya   #NATO    

Oxunub: 257