Cəlalabad şəhərində silahlı hücum olub


19:57     23 Oktyabr 2021 2021/10/4816FF9D-51C5-4A62-AAAD-16A9C1E255D9_1635003874.png

Əfqanıstanın şərqindəki Nanqarhar əyalətinin inzibati mərkəzi olan Cəlalabad şəhərində silahlı hücum olub.

Femida.az xəbər verir ki, bu barədə yerli TOLO News telekanalı məlumat yayıb.

Hücumda "Taliban"ın iki silahlısı öldürülüb.

Daha əvvəl telekanal Cəlalabadda baş verən partlayış nəticəsində bir uşağın öldüyü, daha iki uşağın yaralandığı barədə məlumat vermişdi. İlkin məlumatlara görə, hadisə "Taliban" avtomobili üçün hazırlanan minanın işə düşməsi nəticəsində baş verib.

"Taliban" rəsmiləri bu iki hadisə ilə bağlı hələ açıqlama verməyib.

Femida.az

Açar sözlər: #Əfqanıstan   #Calalabad    

Oxunub: 532