Aİ Suriyanı ölüm hökmünün ləğvinə çağırıb.


20:42     23 Oktyabr 2021 2021/10/B3E6F0C0-EC6E-4ACE-A3C2-A6846605A52D_1635040487.png

Avropa İttifaqı (Aİ) Suriyada ölüm hökmünün tətbiqini pisləyib və Dəməşqi bu təcrübədən tamamilə əl çəkməyə çağırıb.

Femida.az xəbər verir ki, bunu Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmisi bildirib.

"Avropa İttifaqı dünyada ölüm hökmünün ləğvi üzərində işləməkdə davam edir, Suriyanı da bu cəzanın ləğvi ilə bağlı qlobal tendensiyaya qoşulmağa çağırır", - Aİ nümayəndəsi deyib.

Bundan əvvəl Suriya Ədliyyə Nazirliyi 2020-ci ildə meşələri yandırmaqda günahkar bilinən 24 nəfərin edam edildiyini bildirib.

Femida.az

Açar sözlər: #Aİ   #Suriya   #Ölüm-hökmü    

Oxunub: 235