Çıxışına farsca başlayan Təbriz valisi döyüldü


22:53     23 Oktyabr 2021 2021/10/B407D305-7BE0-45E2-95FC-C44D67AF4C13_1635045031.png

Bugün Təbrizin yeni ostandarının təqdimat mərasimində insident yaşanıb. Femida.az -ın verdiyi məlumata görə, təqdimat mərasimində yeni ostandar Zeynalabdin Rezəvi Xürrəm çıxış üçün kürsüyə çıxıb. Rezəvi çıxışına fars dilində etdiyi üçün etiraz başlayıb, daha sonra Təbriz sakini kürsüyə yaxınlaşaraq, qəfildən onun qulağının dibinə şillə ilişdirib.

Hüquq-mühafizə orqanı əməkdaşları hadisəyə müdaxilə ediblər.

Hadisənin sosial şəbəkələrdə yayılan videosunu təqdim edirik.


Şərqi Azərbaycan əyalətinə yeni təyin olunan ostandar Rezəvini farsca çıxış etməyə başlayarkən qəfildən şillə ilə vuran şəxs İran İslam İnqilabı Keşikçiləri Korpusunun polkovniki Əlizadədir.

Hadisə baş verən zaman İranın daxili işlər naziri Əhməd Vahidi də salonda olub.

Qeyd edək ki, Rezəvi də İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalıdır.


Femida.az

Açar sözlər: #Təbriz   #Vali   #İnsidfent    

Oxunub: 345