Banklar üçün məzənnə limiti qoyuldu


21:50     08 Yanvar 2016 b1014.jpg

Azərbaycan Mərkəzi Bankı (AMB) valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi ilə bağlı banklara məktub göndərib.


Femida.az APA-ya istinadən xəbər verir ki, məktubda bildirilir ki, banklar satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi kimi 4%-lik limitə əməl etməlidir. Əvvəllər bu limit 2% səviyyəsində idi.

Başqa sözlə, banklar xarici valyutanın alqı-satqısı zamanı AMB-nin müəyyən etdiyi rəsmi məzənnədən 4% kənarlaşa bilər.

Açar sözlər:

Oxunub: 1398