Balakəndə qaydalara riayət etməyənlər cərimələnib
09:11 24 Oktyabr 2021
Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində Balakəndə ictimai nəqliyyatda, o cümlədən, qapalı məkanlarda polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-yoxlama tədbirləri həyata keçirilir.
Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, keçirilən növbəti tədbir zamanı ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlarla izahedici söhbətlər aparılıb. Əsassız bəhanələr gətirənlərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub.Həmçinin, peyvənd olunmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb.
Qapalı məkanlarda aparılan yoxlamalar zamanı isə pandemiya dövrünün tələblərinə məsuliyyətsiz yanaşan obyekt sahibləri, alıcı və satıcılar müəyyən edilib. Polislər həmin şəxsləri qapalı məkanlarda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar. Eləcə də sahibkarlara ciddi xəbərdarlıq edilib, vətəndaşların sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə qaydalara qeyd-şərtsiz əməl etməyin vacibliyi diqqətə çatdırılıb. Koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər inzibati məsuliyyətə cəlb olunaraq cərimələniblər.
Oxunub: 1095
Oxşar xəbərlər
- Balakəndə 28 yaşlı kişinin qulağını kəsən şəxs saxlanılıb
- Balakəndə ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 5-i yaralanıb
- Balakəndə həyətyanı sahəsini narkotik plantasiyasına çevirən qadın saxlanılıb
- Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 13 nəfər saxlanılıb
- Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi barədə araşdırma başlanıb
- Balakəndə videolarını sosial şəbəkədə paylaşan avtoxuliqan sürücü həbs olunub
- Balakəndə 75 yaşlı kişi yanaraq ölüb
- Balakəndə marixuana çəkib, sərnişin daşıyan sürücülər saxlanılıb
- Balakəndə karantin rejimi ilə əlaqədar reyd keçirilib, 17 nəfər cərimələnib
- Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanııb