Bakıda 53 yaşlı kişi yol qəzasında ağır yaralanıb


09:58     24 Oktyabr 2021 21_10_24_1635054106.jpg

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1968-ci il təvəllüdlü Rzayev Mehman Ağababa oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya. Müayinə zamanı ona sağ sirkə kasasının yerdəyişən sınığı diaqnozu qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 1232