Rusiyaya getmək istəyənlərin NƏZƏRİNƏ: QANUNLAR DƏYİŞİR - VİDEO
12:12 24 Oktyabr 2021
Yaxın vaxtlarda Rusiyanın miqrantlarla bağlı qanunvericiliyində ciddi yeniliklərin olması gözlənir. Artıq miqrantlar üçün elektron çip sistemi tətbiq ediləcək. Burada əcnəbilərə məxsus əsas məlumatlar əks olunacaq. Bundan başqa əcnəbilər Rusiyanı tərk etmədən, giriş məqsədlərini dəyişə biləcəklər.
Femida.az xəbər verir ki, Rusiyada miqrasiya qanunvericiliyində təkmilləşdirmələr aparılır. Qanunvericiliyə edilən son dəyşikliklər Rusiyaya gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin bu ölkədə yaşamasını asanlaşdıracaq.
Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov "Xəzər Xəbər"ə bildirib ki, miqrantlar üçün vahid sənəd tətbiq ediləcək. Bu ID kartı miqrantların dövlət xidmətlərinə çıxışını və onların Rusiya ərazisində olmalarının qanuniliyinin təsdiqini asanlaşdıracaq.
Bundan başqa əcnəbilər Rusiyanı tərk etmədən gəliş məqsədlərini dəyişə və digər gəliş məqsədlərini birləşdirə bilərlər.
Həmçinin gəliş məqsədlərindən asılı olmayaraq əcnəbilərə Rusiyada turizm səfərləri etmək və tibbi xidmət almaq imkanı veriləcək. Xarici vətəndaşlar yeni növ viza - adi tibbi viza ala biləcəklər.
Sahib Məmmədov əlavə etdi ki, qlobal əmək bazarında işçi qüvvəsinin çatışmazlığı var. Pandemiya səbəbindən son iki ildə miqrant sayında azalması olub. 12-13 milyon işçi miqranta ehtiyac olan Rusiyada belə addımın atılması gözlənilən idi.
Oxunub: 1547
Oxşar xəbərlər
- Rusiyaya 101 nəfəri saxta COVID-19 pasportu ilə aparmaq istəyən şəxsə cinayət işi açılıb
- Rusiyaya gedənlərin NƏZƏRİNƏ: Barmaq izi və tatu məcburiyyəti gəlir
- Rusiyaya gedən azərbaycanlı miqrantların nəzərinə: Yeni arayış təqdim etməlidirlər
- Rusiyaya pomidor ixrac edəcək müəssisələrin adı açıqlandı - SİYAHI
- Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
- Rusiyaya alma ixracı ilə bağlı məhdudiyyət ləğv edildi
- Rusiyaya qanunsuz mal aparan azərbaycanlı saxlanıldı
- Rusiyaya uçuşların dayandırılması 25 mln. dollar zərər vurdu
- Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı
- Rusiyaya poçt bağlaması göndərənlərin nəzərinə – 30 faiz vergi qoyuldu