Saatlı və Sabirabadda karantin qaydalarını pozan şəxslər aşkarlanıb
12:50 24 Oktyabr 2021
Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Saatlı və Sabirabad rayonlarında gücləndirilmiş nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, hər iki rayon ərazisində polis əməkdaşları fəaliyyətinə icazə verilən və insanların sıx olduğu qapalı məkanlarda mütəmadi olaraq nəzarət tədbirləri keçirir, sahibkarlarla, eləcə də vətəndaşlarla izahedici söhbətlər apararaq, təyin olunmuş qaydalara riayət etməyə tapşırırlar. Sakinlərə pandemiyanın törədə biləcəyi ağır fəsadlar barədə geniş məlumatlar verən şöbə əməkdaşları, onlara COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərə biganə qalmamağa çağırır, özlərinin və yaxınlarının sağlamlığı üçün qapalı məkanlarda daxil olan zaman mütləq qaydada tibbi maskalardan istifadə etmələrinin vacibliyini barədə tövsiyələr verirlər.
Keçirilən tədbirlər zamanı edilən tövsiyələrə və xəbərdarlıqlara baxmayaraq, qaydaları pozan şəxslər də aşkarlanıb. Həmin şəxslər barəsində isə qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
Oxunub: 1467
Oxşar xəbərlər
- Saatlıda həyətində çətənə bitkisi yetişdirən şəxs həbs edilib
- Saatlının yeni Baş planının detalları açıqlanıb
- Saatlıda mağazada yanğın olub
- Saatlıda karantin qaydalarını pozan toy məclisi aşkarlanıb
- Saatlıda ev yanıb
- Saatlıda itkin düşən azyaşlı tapılıb
- Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb
- Saatlıda karantini pozan kafenin icarədarı cərimələnib
- Saatlıda bir sıra obyektlərdə karantin qaydalarının pozulması aşkarlanıb
- Saatlıda qaydaların pozulduğu iki toy aşkarlanıb