KİV: Pakistan İŞİD-lə mübarizədə "Taliban"a yardım edir
14:38 24 Oktyabr 2021
Pakistan Əfqanıstanda İŞİD terror qruplaşması ilə mübarizədə "Taliban"a yardım edir.
Femida.az xəbər verir ki, bu barədə "Washington Post" qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, Pakistan "Taliban"a kəşfiyyat məlumatlarını ötürmək və terrorçularla mübarizədə texniki dəstək vermək üçün qeyri-rəsmi kəşfiyyat kanallarından istifadə edir. Xüsusilə, İŞİD üzvlərini və onların əməliyyat mərkəzlərini müəyyən etmək üçün telefon və internet rabitəsini izləməyə kömək edir.
Bundan əvvəl "Taliban" sözçüsü Bilal Kərimi deyib ki, "Taliban" İŞİD-i ciddi təhlükə hesab etmir və onunla mübarizə aparmaq üçün kənardan köməyə ehtiyac duymur.
Qəzet vurğulayır ki, ABŞ qoşunlarının geri çəkilməsindən sonra kəşfiyyat xidməti "Taliban"la rəsmi və qeyri-rəsmi təmaslar qurur, Amerika tərəfi mütəmadi olaraq İŞİD əməliyyatları haqqında məlumatı Kabilə ötürməyə çalışır. Lakin bir çox hallarda "Taliban" verilən məlumatlara maraq göstərmir və ya ondan necə istifadə edəcəyini bilmir.
Oxunub: 1498
Oxşar xəbərlər
- KİV: “Rusiya NATO ölkələrinə nüvə zərbəsi endirə bilər”
- KİV: Rusiya iqtisadiyyatı sanksiyalara görə 15 il geriləyəcək
- KİV: İspaniya Ukraynaya tanklar və zenit raketləri göndərməyə hazırdır
- KİV: "Suriyalı muzdlular Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya gediblər"
- KİV: “Rusiya artıq Kiyevi tutmaq istəmir”
- KİV: “Volodimir Zelenskiyə qarşı 3 dəfə sui-qəsd cəhdi olub”
- KİV: Ermənistanın xarici işlər naziri istefa verib
- KİV: Nərmini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı - YENİLƏNİR