Rusiya Telman İsmayılovun ekstradisiyasında israrlıdır
15:23 24 Oktyabr 2021
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Azərbaycan əsilli iş adamı Telman İsmayılovun Monteneqrodan ekstradisiyası üçün əlavə tədbirlərin görülməsini tələb edib.
Femida.az komitənin saytına istinadən xəbər verir ki, Bastrıkin komitənin Hüquqi təminat və beynəlxalq əməkdaşlıq departamentinin tabeliyində olanlara xüsusi tapşırıq ünvanlayıb, Baş Prokurorluq və Rusiya Xarici İşlər Nazirliyi də ekstradisiyaya kömək etməlidir.
Komitə sədri vurğulayıb ki, İsmayılov ağır və xüsusilə ağır cinayətlərdə ittiham edildiyi üçün Rusiya qanunlarına əsasən cavab verməlidir. Bastrıkin qeyd edib ki, cinayət işində adı keçən şəxsə Monteneqroda siyasi sığınacaq verilməsi ilə xəbərlərdən çaşqındır, çünki söhbət adi cinayətlərdən getmir.
Qeyd edək ki, Rusiyada qətl və adam oğurluğu cinayətlərində ittiham olunaraq Monteneqroda saxlanılmış Telman İsmayılov oktyabrın 22-də bu ölkədən siyasi sığınacaq alıb.
Femida.az
Oxunub: 452
Oxşar xəbərlər
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Rusiyada qismən səfərbərlik elan olunub
- Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
- Rusiya böyük itkilər verdi
- Rusiya Ukraynada sərnişin qatarına zərbə endirib, 22 nəfər ölüb, yaralananlar var
- Rusiyada son 5 ayın rekord yoluxma halı qeydə alınıb
- Rusiya “azov”çu əsirlərin saxlanıldığı həbsxananı vurub, 53 nəfər ölüb
- Rusiya Finlandiyaya xəbərdarlıq edib