Özbəkistandakı prezident seçkiləri baş tutmuş hesab olunub


16:20     24 Oktyabr 2021 2021/10/16350742594218819365_1000x669_1635077999.jpg

Özbəkistanda keçirilən növbəti prezident seçkiləri baş tutmuş hesab olunub. Səsvermə hüququ olan 19, 86 milyon seçicinin 33,6 faizi artıq səs verib.

Femida.az xəbər verir ki, bununla bağlı məlumatı Özbəkistan Mərkəzi Seçki Komissiyası yayıb. Özbəkistan qanunlarına görə, seçicilərin 33 faizi səs verdikdə seçkilər baş tutmuş hesab edilir.

Xatırladaq ki, prezident seçkilərində beş namizəd -Özbəkistan Liberal-Demokrat Partiyasından hazırkı Prezident Şavkat Mirziyoyev, Milli Dirçəliş Demokratik Partiyasından Əlişir Kadırov, Ekologiya Partiyasından Narzulla Oblomuradov, “Ədalət” Sosial-Demokrat Partiyasından Baxrom Abduxalimov və Xalq-Demokratik Partiyasından Maqsuda Vorisova iştirak edir.

Şavkat Mirziyoyev bu gün ailəsi ilə birgə paytaxtın Mirzə-Uluqbek rayonundakı seçki məntəqəsində səs verib.

Seçkilərə Azərbaycan Milli Məclisi sədrinin müavini Fəzail İbrahimlinin başçılığı ilə parlament nümayəndə heyəti də müşahidəçi kimi qatılıb. Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlar Cavanşir Paşazadə və Aydın Mirzəzadə MDB PA-nın, deputat Ağalar Vəliyev isə TÜRKPA-nın xətti ilə seçkiləri müşahidə edirlər.

Azərbaycandan gələn müşahidəçilər seçki məntəqələrində seçkilərin gedişini izləyirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 481


Oxşar xəbərlər